Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlandı
2017-ci il ərzində Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, ana ölümlərinin əsas səbəblərdən biri daxili qanaxmalar, preeklampsiya və onun fəsadlaşmaları olub.
“Hamilələr sosial-bioloji (ananın yaşı 18-dən aşağı, 40-dan yuxarı, atanın yaşı 40-dan yuxarı, bədən çəkisinin artıq olması, zərərli vərdişlər), mama-ginekolojı anamnezinə görə, yəni doğuşların sayı dörd və artıq, təkrarı abortlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, inkişafdan qalmış hamiləlik, qeysəriyyə kəsiyi əməliyyatı olan hamilələr, ailədə genetik xəstəliyi olan hamilələr, rezus-konflikti olan hamilələr risk qrupuna aiddir. Bu da ana ölümlərinin başverməsinə səbəb ola bilər”.
Baş mama-ginekoloq qeyd edib ki, eyni zamanda, ana ölümləri ekstragenital xəstəliklər( ürək-damar sisteminin xəstəlikləri, qan xəstəlikləri, sidik-ifrazat sisteminin xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, epilepsiya, endokrinopatiya, onkoloji xəstəliklər, kəskin və xroniki infeksiyaları olan hamilələr və s) görə risk qrupuna daxil olunur:
“Bu qruplara daxil olan hamilələrə fərdi protokol üzrə əlavə qulluq tələb olunur”.
İlhamə Əbülfət
www.oxu.az
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - RƏSMİ
- Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb - RƏSMİ
- Nazirlik: "Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil"
- Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
- Hansı virusa yoluxduğumuzu necə ayırd edək?
Rəylər