Oğlunun qumara qurşanmağından narahat olan ana fəryad edir.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən qadının bildirdiyinə görə, oğlu evdən pul oğurlayıb qumar oynayır:
“Xırdalanda, “Kapital” bankın binasının yanında ofis adı altında işlədilən qumarxana Abşeron camaatına qənim kəsilib. Oğlum ay ərzində qumarda 1500 AZN pul uduzub. Övladlarımızın həyatı təhlükə altındadır”.