Bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşaqla birlikdə vəfat edib.
Xətai rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, uşaq ana bətnində ölüb.
Qeysəriyyə əməliyyatını cərrah Şamilov Ruslan aparıb. İlkin məlumatlara görə, həkimlər dəqiq bir şey demirlər, yalnız onu bildiriblər ki, əməliyyat zamanı ananın ürəyi dayanıb. Ancaq qohumları bunu şübhəli hesab edirlər. Məlumatı verən mərhumənin yaxınları şikayət etsələr də, hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlmədiyini bildirdilər.
M.Fələliyevanın yaxınları ana və körpənin məhz həkim məsuliyyətsizliyi nəticəsində öldüyünü iddia edirlər. Ancaq müraciət edilməsinə baxmayaraq prokurorluq əməkdaşları isti-isti izlərlə hadisənin araşdırılmamasını həkimlərin mümkün təqsirinin ört-basdır edilməsi ilə əlaqələndirirlər. Mərhumənin qohumları həkimlərin qanunsuz hərəkətlərində btün instansiyalara şikayət edəcəklərini deyirlər. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, ana və körpənin ölümünə səbəb xəstəyə yanılış qan vurulması ilə əlaqələndirirlər.
Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya (www.apa.az) bildirib ki, NZS qəsəbə sakini, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub:
“Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizidir. Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib, ondan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim ediləcək. Doğuşayardım Komissiyası məsələni araşdırdıqdan sonra bu barədə məlumat veriləcək”.
Öz növbəsində, Respublika Perinatal Mərkəzində baş verən ana və uşaq ölümü ilə bağlı günahkar hesab edilən cərrah Ruslan Şamilov Movqe.az-a danışıb:
“Səhərə yaxın mənə zəng etdilər ki, hamilədə qanaxma var. Mən təcili xəstəxanaya gəldim. M.Fətəliyevanı lazımi müayinələrdən keçirərək əməliyyat otağına apardıq. Əməliyyatın 35-40-cı dəqiqəsində qəfil qadının ürəyi dayandı. Tibbi yardım göstərilsə də, xəstənin və uşağın həyatını xilas edə bilmədik. Bizim ilkin gəldiyimiz qənaətə görə, M.Fətəliyeva “tromboemboliya” dan keçinib. Belə halda tromp damarları tutur qan ürək qanla qidalanmır. Qan laxtası ağciyərin funksiyasını pozur,nəfəs dayanır. M. Fətəliyeva mayın 11-də fəsadlaşmış mamalıq anamnezi diaqnozu ilə hamiləyinin 23-24 həftəsində Mərkəzə daxil olub. Bu hadisə mənim yaxud narkoz həkiminin günahı üzündən baş verməyib. Biz hesab edirik ki, bu ölümə səbəb tromboemboliyadır. Amma yenə SN-nin Doğuşa Yardım Komissiyası ölümün baş vermə səbəbini araşdırıb ekspertiza rəy verəcək”.
www.anspress.com
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin