Azərbaycanın Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın konfransda bildirdiyinə görə, ölkənin tikinti sektorunun nailiyyətləri arasında bir müddət əvvəl Bakıda tarixi binalardan birinin köçürülməsini göstərmək çox vacibdir.
“Mənə məlum olduğuna görə, belə binaların köçürülməsi davam edəcək, çünki Azərbaycan prezidenti bu addımı yüksək qiymətləndirib və deyib ki, “indi biz tarixi abidələrimizi qoruyub-saxlaya biləcəyik” – deyə, G.Məmmədova qeyd edib.
Bakının yeni açılmış ən böyük parkına birləşik və Musabəyov qardaşlarına aid olan bina 10 metr geri çəkilib.
“Ümumilikdə Bakıda belə konfransın keçirilməsi inşaatçı alimlər üçün çox vacibdir. Son illər Azərbaycan inşaat sektorunda böyük uğrulara nail olaraq, regional liderə çevrilib. Dünyanın heç bir ölkəsində Flame Towers, Heydər Əliyev Mərkəzi kimi əhəmiyyətli obyektlər görmək mümkün deiyl. Bundan başqa, Eurovision-2012-nin keçirilməsi üçün cəmi bir neçə aya tikilmiş Crystal Hall-ı da göstərmək olar” – deyə, o, bildirib.
Qeyd edək ki, adı çəkilən bütün inşaat layihələri, o cümlədən binaların köçürülməsi xarici mühəndislər və tikinti şirkətləri tərəfindən həyata keçirilib.
www.abc.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin