Azərbaycanda çipli dövlət qeydiyyat nişanlarının ləğv edildiyi barədə redaksiyamıza məlumat daxil olub.
Oxu.Az-a verilən məlumatda iddia olunur ki, mövcud çipli nömrələrin istifadəsi məhdudlaşdırılır və yaxın dövrdə sürücülərin hamısı çipsiz dövlət nömrə nişanlarına keçəcəklər.
Qeyd edək ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Xatırladaq ki, çipli nömrələr 2011-ci ilin noyabrında istifadəyə verilib.

Məhərrəm Əliyev