Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahirovun 16 yaşlı qızı qaçırmasının təfərrüatı məlum olub.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, qaçırılan qızın atası Emin Babayev hadisə barədə danışıb.
O bildirib ki, axund Turab Əliqan oğlu Tahirov 17 iyun tarixində qızını qaçırıb:
"Qızım uşaqlıqdan bu məscidə gedirdi. Quran kursu Ayşəgül müəllim tərəfindən keçirilirdi. Axund Turab dərs vaxtı qızımı qaçırıb".
E.Babayevin dediyinə görə, həmin gün qızı evdən saat 15:00-16:00 radələrində mağazaya paltar götürmək üçün çıxıb. Bacısı qızın hara getdiyini soruşub və evə xəbər göndərməyi xahiş edib. Lakin qız evə qayıtmayıb. Telefonu da yanında olub, şəxsiyyət vəsiqəsi isə evdə tapılmayıb.
Atanın sözlərinə görə, 4-5 ay əvvəl qəsəbədən bir qadın onlara gəlmiş və axund Turabın qıza olan hisslərini bildirmiş, elçi göndərmək istədiyini demişdi. O, bununla bağlı qıza da xəbər verdiklərini və xəbərləşmənin həllini müzakirə etdiklərini bildirib:
"Turab axund məndən üzr istədi və səhv etdiyini dedi. Mən də düşündüm ki, bu məsələ həll oldu. Amma indi fərqli vəziyyət yaranıb".
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, axund Turab Əliqan oğlu Tahirov məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.
Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.
Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.
"Qız qaçırma" teqi üzrə xəbərlər
- Yardımlıda müəllim yanına hazırlığa gələn qız qaçırıldı
- 16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
- 16 yaşlı qızı qaçırtdığı iddia edilən axund DANIŞDI: "Boşanmışa qız vermərik" demişdilər"
- Salyanda qızı qaçıranlar onun atasının başını yardılar
- 15 yaşlı qızı zorla qaçırdı: "Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin"