Ermənistanın "Ardşinbank" bankının müştərilərinə saç düzümü ilə bağlı qəribə mesaj gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, bank Android əməliyyat sistemi ilə çalışan smartfona malik müştərilərə "Qardaş, niyə keçəlsən?" mesajı göndərib.
Qurum bildirişin sınaq xarakteri daşıdığını, lakin mobil proqramdakı nasazlıq nəticəsində istifadəçilərə göndərildiyini açıqlayıb.