Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
BakuPost-un məlumatına görə, əmrə əsasən, Səbail Rayon Prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BakuPost-a məlumatı təsdiqləyib.
O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
E.Sultanov qeyd edib ki, Baş Prokurorluğun Mətbuat xidmətində onun hansı vəzifəyə keçməsi barədə məlumat yoxdur.
Qeyd edək ki, Orxan Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Baş Prokurorluqdan təyyarə qəzasının istintaqı ilə bağlı AÇIQLAMA
- Rusiya İstintaq Komitəsinin rəhbəri Kamran Əliyevlə təyyarə qəzasını müzakirə edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
Rəylər