Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qəza zamanı iki avtomobil toqquşub.
Hadisə ilə bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.
"Ötən gün saat 22 radələrində Quba şəhərində Heydər Əliyev prospektində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Cabbarovun idarə etdiyi "Mercedes" markalı 90-KV- 446 dövlət qeydiyyat nişanlı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib, Kənan Cabbarov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev bildirib.
Hadisənin anbaan görüntülərini təqdim edirik:
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Gecə saatlarında həlak olan hərbçilərimizin FOTOLARI - Ağır qəzadan GÖRÜNTÜLƏR
- Bir ailənin iki üzvü qəzaya DÜŞDÜ: Ölən və yaralanan var
- Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu
- Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA - Xəsarət alan var
- Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ