“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan “Stadler FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.
Bu barədə səhmdar cəmiyyəti xəbər verib.
Məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı “Stadler” qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə hündürlüyü çox olmayan əlavə hissələr tikilir.
Rəylər