Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Dövlət Komitəsinin əmri ilə AZS API RP 520-2014 “Neft ayırma zavodlarında təzyiq qoruyucu cihazların kalibrlənməsi, seçilməsi və quraşdırılması. Hissə II. Quraşdırma”;
AZS ISO 1535-2014 “Açıq daşınan materiallar üçün davamlı mexaniki yükləmə-boşaltma avadanlığı. Nov lenti konveyerləri (səyyar konveyerlərdən başqa). Lentlər”;
AZS ISO 5199-2014 “Mərkəzdənqaçma nasosları. Texniki tələblər. Sinif II”;
AZS API 527-2014 “Qoruyucu klapanın qapalı mühitdə germetiklik sınağı”;
AZS API RP 582-2014 “Kimya, neft və qaz sənayesi üçün qaynaq üzrə tövsiyələr”, və s. dövlət standartları təsdiq edilib.
Qeyd edək ki, ümumilikdə təsdiq edilmiş standartların sayı 15-ə çatıb.
Gülnarə Zeynalova
www.oxu.az