Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda bu zonalarda koronavirus daha təhlükəli həddədir - RƏSMİ
“Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri narıncı zonadır. Naxçıvan Muxtar Respublikası və digər şəhər və rayonlarda epidemioloji vəziyyət sabitdir. O ərazilər sarı zolaqla qeyd edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, yaşıl rənglə işarələnmə koronavirusa yoluxma olmayan və karantin rejimi məhdudiyyətlərinin aradan qaldırılmasından sonra qeyd olunacaq:
“Aktiv yoluxma halları 50-dən az olduqda sarı, çox olduqda isə narıncı zolaqla qeyd olunur. Aktiv yoluxma halları 100-dən çox olduqda - Bakı şəhərində bu hal 500-dən yuxarı olarsa - qırmızı rənglə qeyd olunacaq və həmin ərazidə karantin rejimi sərt şəkildə tətbiq ediləcək”.
“Hazırda ölkəmizdə sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur”, - deyə sədr qeyd edib.
İlhamə Əbülfət
Rəylər