Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb.
Faktla bağlı akt tərtib olunub.
Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.