Bakıda 28 yaşlı gəncin meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
1992-ci il təvəllüdlü Qasımzadə Mürvət Ədalət oğlu yaşadığı küçədə ölmüş halda aşkar edilib.
İlkin məlumata görə, M.Qasımzadənin ölümünə qıcolma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.