Qusarın dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Çətkün kəndi rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir.
Kənddə 200-ə yaxın sakin yaşayır.
Kəndin ibtidai məktəbində isə cəmi bir şagird təhsil alır.
Nadim Alxasov 3-cü sinif şagirdidir. O bildirib ki, böyüyəndə polis olmaq istəyir.
15 ildir bu məktəbdə çalışan Nadimin müəllimi Lalə Alxasova deyir ki, yeganə şagirdinin arzusuna çatması üçün var qüvvəsi ilə çalışır.
Daha ətraflı Baku TV-nin süjetində:
Azərbaycanda cəmi bir şagirdin təhsil aldığı məktəb və onun müəllimi – VİDEO
Rəylər