On il öncə 18 yaşına çatan gənclər, xüsusən onuncu-on birinci sinifdə təhsil alan oğlanlar qəddi-qamətli, ucaboy idilər. Başqa dillə desək, onlarda bığı burmalı kişi görkəmi var idi. Amma bu gün onuncu-on birinci sinifdə təhsil alan oğlanlar haqda bunları söyləmək mümkün deyil. Artıq həkimlər və mütəxəssislər də bu məsələ haqda problem kimi danışmağa başlayıblar.
Doğrudan da, son illər bəzən tələbələri şagirdlərdən ayırmaq olmur. Təkcə şəhərlərdə deyil, rayonlarda, dağ kəndlərində də bəstəboy yeniyetmələrə rast gəlirsən. Halbuki, əvvəllər dağ kəndlərinin əhalisi daha sağlam hesab edilirdi...
Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, ötən il ölkə əhalisinin orta statistik boyu 167,1 sm olub. Ötən il kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 163,9 sm olub. Bu göstəriciləri on il öncəki illə müqayisə etsək, belə deyə bilərik ki, rəqəmlər ildən-ilə kiçilib.
Dövlət Statistika Komitəsi bəyan edir ki, son on ildə ölkə əhalisinin orta statistik boyu 0,5 sm qısalıb. Belə ki, 2003-cü ildə ölkə əhalisinin orta statistik boyu 167,6 idisə, son on ildə bu rəqəm 0,5 sm qısalaraq 167,1 sm olub.
www.modern.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin