İstirahət üçün ölkə seçərkən Azərbaycan vətəndaşları əksər hallarda qiymətləri daha ucuz olan qonşu ölkələrə üstünlük verirlər.
Bu barədə “Exo”ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
“Bizim mərkəızin tədqiqatları göstərir ki, azərbaycanlıların istirahət etməyə üstünlük verdikləri ölkələr arasında birinci yeri Türkiyə tutur. Bir il ərzində milyondan çox vətəndaşımız istirahət üçün bu ölkəyə yollanır. İkinci yerdə bizə qonşu olan Gürcüstan gəlir. İl ərzində yarım milyona yaxın həmvətənimiz bu ölkəni ziyarət edir. Onu da qeyd edək ki, son vaxtlar istirahət üçün Gürcüstana yollanan azərbaycanlıların sayı artıb. Turistlərimizin ən çox səfər etdiyi digər ölkələr Mərkəzi və Şərqi Avropanın Çexiya, Xorvatiya kimi ölkələri, həmçinin Baltikyanı ölkələrdir. Kipr və Misirə də maraq böyükdür. Son vaxtlar İspaniya və Portuqaliyada istirahəti seçmiş vətəndaşlarımızın sayı artıb” – deyə, eskpert bildirib.
V.Bayramov həmçinin qeyd edib ki, beynəlxalq standartlara əsasən, turist başqa ölkəyə səfər etdikdə orta hesabla 800 dollar xərcləyir.
“Bu rəqəmin üzərinə biletlərin də dəyərini gəlsək, demək olar ki, vətəndaşımız digər ölkədə istirahət zamanı təxminən 1500 dollar pul xərcləyir” – o, vurğulayıb.
Exo
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin