1 yaş 3 aylıq Əhməd Mehdizadəni yüksək temperaturla valideynləri Qaradağ rayonundan Bakıya Qara Qarayev adına 2 saylı xəstəxanaya gətiriblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, uşağın atası Nadir Mehdiyevin sözlərinə görə, xəstəxanaya pənah gətirsələr də həkimlər körpəni qəbul etməyib.
Məsələ ilə əlaqədar 2 saylı Qara Qarayev adına xəstəxana ilə əlaqə saxladıq, xəstəxanadan isə bildirdilər ki, körpəni qəbul ediblər və ilkin tibbi yardım da göstərilib. Ancaq xəstəxanada yer olmadığından körpə sahə həkiminin nəzarətinə buraxılıb. Valideynlərə azyaşlını növbəti gün gətirmək tövsiyə olunub. Göndəriş vərəqəsinə gəlincə xəstəxanada bunun problem olmadığını dedilər.