Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəlilabadda baş verən dəhşətli avtobus qəzasında xəsarət alanların son durumu AÇIQLANDI
Cəlilabadda qəzaya düşən şəxslərin son durumu açıqlanıb.
Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Mətanət Dadaşovanın Oxu. Az-a verdiyi açıqlamasında bildirib ki, 10 qadın və bir uşaq təcili yardım şöbəsinə gətirilib. Onlardan iki nəfər 1960-cı il təvəllüdlü Səbiyə Kazımova və 1970-ci il təvəllüdlü Kəmalə Şükürova hadisə yerindəcə keçinib:
"Digər qadınlar isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki qadın hazırda reanimasiyaya köçürülüb. Digərlərinin vəziyyəti orta ağırdır. 2019-cu il təvəllüdlü uşaqda isə burunqanaması olub və hazırda vəziyyəti yaxşıdır. Sürücü ciddi xəsarət almayıb. İlkin tibbi yardım göstərilib. Qadınların bir neçəsinə gips qoyulub".
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov "Mercedes-Benz" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib. İlkin ehtimala görə nəqliyyat vasitəsi yoxuş yolda əyləc sistemində yaranmış nasazlıqlıq səbəbindən arxaya doğru hərəkət edərək aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Cəlilabadda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatı, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Almaz Qasımova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakı-Qazax magistralında qəza: Yüklər yola dağıldı, nəqliyyatın hərəkətində çətinliklər yarandı
- Sumqayıtda zəncirvari QƏZA: Xəsarət alan şəxslərin adları AÇIQLANDI
- Tailandda sərnişin avtobusu külə döndü: Yeddi nəfər ölən, 30-dan çox yaralanan var
- Aşıq Namiq Fərhadoğlu qəza törədib
- Gəncədə təmir işləri gedən küçədə maşın AŞDI