"Naxçıvanda İKT sahəsində inkişaf məqsədilə Data Mərkəzinin yaradılmasına başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli deyib.
O bildirib ki, artıq layihələndirmə işlərinə start verilib:
"Bu, dövlət proqramı çərçivəsində həyata keçiriləcək təxirəsalınmaz layihələrdən biridir. İlkin olaraq maliyyə və satınalınması proseslərinin bir hissəsi həyata keçirilib. Layihələndirmə işləri isə yekunlaşıb və təsdiq üçün tərəfimizdən təqdim edilib. Yaxın zamanda yəqin ki, təsdiq edildikdən sonra icrasına da başlanılacaq".
Könül Cəfərli