İtaliyanın fərdi məlumatların qorunması üzrə tənzimləyici qurumu ABŞ-nin "Meta" şirkətini 805 milyon avro məbləğində cərimələyib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şirkətin istifadəçilərin şəxsi məlumatlarına onların razılığı olmadan daxil olmasıdır.
Məlumata görə, araşdırma zamanı "Meta"nın "Android" istifadəçilərinin smartfonlarının qalereyasında saxlanılan foto və videolara ayrıca razılıq almadan daxil olduğu müəyyən edilib.
"Meta" şirkəti "Android" cihazları üçün nəzərdə tutulmuş "Facebook" tətbiqi vasitəsilə italiyalı istifadəçilərin smartfonlarında saxlanılan foto, video və onlarla əlaqəli məlumatlara ayrıca razılıq almadan və istifadəçiləri lazımi qaydada məlumatlandırmadan daxil olub", - deyə qurumun bəyanatında bildirilib.
Qeyd olunub ki, şirkət 90 gün ərzində görülən tədbirlər barədə İtaliyanın müvafiq dövlət qurumlarına hesabat təqdim etməlidir.