Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı - Dəhşətli hadisənin TƏFƏRRÜATI
Gəncədə qonşuların davasının detalları məlum olub.
Belə ki, gecə saatlarında başlayan mübahisə zamanı iki nəfər ciddi, bir nəfər isə yüngül xəsarət alıb.
Məlumata görə, dalaşan tərəflər arasında daha əvvəl də mübahisə olub.
Budəfəki mübahisə söyüş səbəbindən daha ağır hal alıb.
Belə ki, 29 yaşlı Pərviz Kazımov içərisində alışdırıcı maddə olan plastik qabı yandıraraq 27 yaşlı qonşusu Muraz Namazovun üzərinə atıb.
Nəticədə M.Namazov və ona kömək etmək istəyən tanışları 31 yaşlı Eltəkin Zeynalov və 20 yaşlı Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı Yanıq Mərkəzinə təxliyə olunublar. Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Kazımov saxlanılıb və o, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.
Daha ətraflı Baku TV-nin süjetində:

Gəncə şəhər sakinləri M.Namazov, E.Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, onların mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atılması nəticəsində xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində M.Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Samir İsayev