Azərbaycanlı zəvvarlar Məkkədə həcc əməllərinin icrasına başlayıblar.
Oxu.Az xəbər verir ki, mayın 25-də (zil-hiccənin 8-də) zəvvarlar peyğəmbərin sünnəsinə uyğun olaraq Mina çölünə yollanıblar.
Minada çadır düşərgəsində zəvvarlar sabah səhərə qədər qalacaqlar. Onlar burada namaz qılacaq və Allahdan bağışlanmalarını diləyəcəklər. Sabah sübh namazından sonra hacılar Ərafa çölünə gedəcəklər.
Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.
Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.