Ukraynanın Truskavets şəhərində Qurban bayramı qeyd olunub.
UABD-gənclər və tələbələrlə iş üzrə bölmə rəhbəri Nəsib Əlicanov və "Alijanov Group" MMC-nin direktoru Fürqan Abdullazadənin təşəbbüsü ilə 150-ə yaxın tələbəyə Qurban bayramı süfrəsi açılıb. Azərbaycanlı tələbə və gənclər Ukraynanın müxtəlif vilayətlərindən Truskavets şəhərinə bayramı qeyd etmək üçün təşrif buyurublar.
Tədbirdə Truskavets şəhərinin meri Andriy Kulçinskiy, Kyiv Nəqliyyat Universiteti Dənizçilik institutunun direktoru Elena Anatolyevna, Donetsk Dövlət Universitetinin rektoru Denis Sergeyeviç iştirak ediblər.
Nəsib Əlicanovun və "Alijanov Group" MMC-nin direktoru Fürqan Abdullazadənin bu təşəbbüsünü yüksək qiymətləndirir, kəsilən qurbanların və oxunan duaların qəbul olmasını diləyirik.