Şəmkirdə quyunu təmizləmək istəyən şəxs ölüb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib.
Qəsəbə sakini Vidadi Bayramov həyətindəki su quyusunu təmizləmək üçün, Samux rayon Alabaşlı kənd sakini, 46 yaşlı Zirəddin İsmayılovu köməyə çağırıb.
Təmizlik işləri aparılarkən Zirəddin İsmayılovun belinə bağlı olan kəndir qırılıb.
Nəticədə o, 30 metrlik quyunun dibinə düşüb. Xəsarətləri ağır olan Zirəddin İsmayılov elə hadisə yerində dünyasını dəyişib. Mərhumun meyitini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib. Alpinist avadanlıqları ilə quyuya enən xilasedicilər onun meyitini çıxarmağa müvəffəq olublar.
Faktla bağlı araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az