Xaldan-Ağdaş magistralının üstündə yerləşən təzə inşa edilmiş körpüdən “KamAZ” markalı yük avtomobili çaya aşıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qəza nəticəsində magistral yol bağlanıb.
Sürücülər alternativ yollardan istifadə edir.
Hadisə yerində olan FHN-nin texnikası çaya düşən “KamAZ” markalı yük avtomobilini çaydan çıxartmaga çalışır.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırmalar davam edir.