Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına görə, Azərbaycanda demoqrafik vəziyyət pisləşməyə başlayıb.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, 2013-cü ildə əhalinin təbii artımı 2012-ci illə müqayisədə 1,5% azalıb, doğum səviyyəsində azalma isə 2,1% təşkil edib.
Komitənin məlumatına görə, 2014-cü il yanvarın 1-nə əhalinin sayı 9 milyon 477,1 min nəfər təşkil edib.
Ötən il ərzində əhalinin sayı 1,3% yaxud 120,6 min nəfər artsa da, doğum səviyyəsi hər min nəfərə 19-dan 18,6-ya, təbii artım isə 13-dən 12,8-ə düşüb.
Ölüm səviyyəsi 3,3% - hər min nəfərə 6-dan 5,8-ə düşməsəydi vəziyyət daha pis ola bilərdi. Demək olar ki, bu əsrdə ilk dəfə olaraq, ölkədə müsbət miqrasiya qeydə alınıb (gələn vətəndaşlar gedənlərdən çoxdur) – artım 1,8% təşkil edib.
Demoqrafik böhran kişi çatışmazlığı ilə bağlı pisləşəcək. 2014-cü il yanvarın 1-nə ölkə əhalinin yalnız 49,7%-ni kişilər təşkil etdiyi halda, qadınların payına 50,3% düşüb. Başqa sözlə, ölkədə hər min nəfər kişiyə 1012 qadın düşür.
Ölkədə ailə statistikası da mənfidir: 2013-cü ildə hər min nəfərə düşən boşanmaların sayında artım (+8,3%) ailə quranların sayında olan artımdan çoxdur (+8,1%). Ümumilikdə ölkədə 86,3 min nikah (+7,2%) yaxud hər min nəfər vətəndaşa 9,3 nikah bağlanıb. Boşanmaların sayı isə 11,7 min (+0,6%) yaxud hər min nəfər vətəndaşa 1,3 təşkil edib.