Güc tətbiq edilməsi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf cümə günü bildirib.
“Biz hesabatları görmüşük və hər yerdə olduğu kimi burada da insan itkilərinə çox kədərlənirik. Bizim pozisiyamızı dəyişmək onlara qalır. Güc tətbiq edilməsi bu münaqişəni həll etməyəcək. Biz tərəfləri güc tətbiq edilməsindən və güclə təhdid etməkdən vaz keçməyə çağırırıq”, - Harf bildirib.
Onun sözlərinə görə, ABŞ əvvəlki kimi münaqişənin sülh nizamlanmasının nailiyyəti üçün Azərbaycanla və Ermənistanla iş aparılmasına sadiqdir.
(Trend)