Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Afaq Gəncəli dj Çinanın İnstagram-dakı şərhləri barədə açıqlama verdi
“Mən də fikirləşdim ki, sən məni tanımaya-tanımaya necə haqqımda fikir söyləyə bilərsən?”
Oxu.Az xəbər verir ki, Mövqe.az-a daxil olan məlumata görə, teleaparıcı Afaq Gəncəli və Dj Çinanın arasından qara pişik keçib. Mövqe.az “Möhtəşəm maşın” şoudan sonra yaşanan həmin problemi araşdırıb. Xatırladaq ki, tanınmış aparıcı A.Gəncəli şounun əvvəlində bir çox həmin şouda iştirak edən məşhurlar barədə fikirlərini bildirən zaman Çinanın səs toplamayacağını deyib. Çina qalib olduqdan sonra həmin videonu İnstagram səhifəsində paylaşıb. Və hər şey bundan sonra başlayıb...
Hər iki tərəfin fikrini Movqe.az olduğu kimi sizə çatdırır:
“Mən Afaq xanıma heç bir pislik etməmişəm. Hər yerdə yaxşılığına danışmışam” - deyə fikirlərini bildirən Çina:
“Ona çox da hörmət edirəm. Hər şeydən öncə o, bir xanımdır. Sadəcə o, məni hər yerdə qara siyahıya atıb. Mən isə bunun səbəbini bilmirəm. Əslində bəlkə də bilirəm. Çünki, onun mənim səs toplamamağımla bağlı şounun əvvəlində dediyi fikirləri İnstagram-da paylaşmışam və hər şey bundan sonra baş verib. Bunu heç bir pis məqsədlə etməmişəm. Sadəcə həmin video mənə aid olduğu üçün paylaşdım. Ondan başqa F.Qurbansoyun da mənim haqqımda danışdığı fikirləri də paylaşmışam və bir çox videoları...
Həmin paylaşdığım videoları da özüm düzəltməmişəm. Sadəcə düzəldiblər, mən də öz səhifəmdə paylaşmışam. Afaq xanım buna görə məni niyə qara siyahıya atıb, hələ də başa düşə bilmirəm”.
Çinanın çaşqınlığını aradan qaldırmaq üçün Afaq Gəncəli ilə də əlaqə saxladıq. Teleaparıcı əvvəl Dj Çinanı tanımadığını desə də, sonradan xatırlatmamız sayəsində yadına düşdü:
“Mən Dj Çinanı tanımırdım. Sadəcə “Maşın” şouda hər kəsin mənfi və çox az müsbət tərəfini demək mənə həvalə olunmuşdu. Heç kəsi orada tərifləməməliydim. Mən məsələyə şou-biznes tərəfindən yanaşırdım. Bilmirdim axı Dj Çinanın dostları bu qədərdir, bilmirdim ki, orada necə oyunlar baş verəcək. Orada necə oyunlar getdi, siz də çox gözəl bilirsiniz. Buna görə verilişin ilk başlanğıcında qruplaşma və yaxud da ki, oyunlar qurulmasaydı elə hər şey mən dediyim kimi də olacaqdı.
Mən orada baş verənləri biləndə şoka düşdüm ki, sən demə içəridə belə bir oyun var imiş... Dj Çina səs toplamaya bilərdi. Mən sözümün üstündə dayanıram. Amma mən Çinanı tanımıram. Ümumiyyətlə, heç biz həyatda üz-üzə də gəlməmişik. O, İnstagram-da həmin videonu paylaşıb, yazdı ki, “bəs nə oldu, mən heç səndən gözləməzdim”.
Mən də fikirləşdim ki, sən məni tanımaya-tanımaya necə haqqımda fikir söyləyə bilərsən? Ora gələn şərhlər var idi və mən də onları görməmək üçün onu qara siyahıya atdım. Fikirləşdim ki, o insan mənə qarşı mənfi tərəfdən yönəlir. Çina öz aqressiyasını göstərdi. Aqressiv insan isə heç vaxt mənim dostluğumda ola bilməz. Sadəcə mən onu İnstagram-da bloka atdım, İnstagram dostluğumdan sildim. Həyatda isə o insan mənim heç vaxt dostum ola bilməz!
Bu bir layihədir, şoudur. Onu həyata gətirmək olmaz. Bunu həyata yansıtmaq lazım deyil. Mən orada olan oyunları üzə çıxartsam, desəm o zaman Çina gərək ümumiyyətlə, İnstagram-dan çıxsın... Oradakı fikirlər ona necə təsir edər? Ona qarşı heç bir mövqeyim yoxdur. Və o şouya sırf şou kimi yanaşdım və fikrimi bildirdim. Şou-biznesdə tanıdığım insanlar arasında Çina yox idi. Düşünürdüm avtomobili o qazanmayacaq, qazandısa Allah canını sağ etsin. Hamıdan çox mən sevindim. Lap yaxşı... Amma aqressiya ilə İnstagram-da belə bir şey etməyə lüzum yox idi”.
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır
Rəylər