Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun koronavirus testinin nəticəsi bəlli olub.
Oxu.Az-ın xəbərinə görə, S.Novruzovun testi neqativ çıxıb.
Digər deputat Tahir Kərimlinin də analizinin cavabı neqativ olub.
Ümumilikdə, deputatların test cavabları məlumdur, sadəcə, bu barədə ictimaiyyətə daha sonra açıqlama veriləcək.
Xatırladaq ki, deputat Sahib Alıyev koronavirusa yoluxub. Bundan sonra bütün deputatlar COVID-19 analizi veriblər.