Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
"COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər", - deyə təşkilat xəbərdarlıq edib.
ÜST vurğulayıb ki, yalnız simptomlara əsaslanaraq infeksiyaya hansı virusun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna görə də mütəxəssislər test verməyi tövsiyə edirlər.
ÜST daha əvvəl koronavirusun PJ.2.1 variantının dünyada yayılması barədə məlumat vermişdi. Təşkilatın məlumatına görə, ABŞ və Kanada da daxil olmaqla bir sıra ölkələrdə yoluxma halları arasında bu variantın payı artır. Avropada da PJ.2.1 variantına yoluxma halları qeydə alınıb, lakin onların sayı hələlik azdır. ÜST vəziyyəti diqqətlə izlədiyini bildirib.
Tibb elmləri doktoru, infeksionist və virusoloq Yelena Malinnikovanın sözlərinə görə, yeni variant digər variantlardan güclü boğaz ağrısı və xəstəlikdən sonra daha uzun müddət davam edən halsızlıqla fərqlənə bilər.