2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qadınların 57,1%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulan 170,5 min körpənin 46,4%-ni qızlar təşkil edib.
Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.