“Azərbaycanda əcnəbi ovçulara verilən lisenziyalar 1 faiz də təşkil etmir”.
Oxu.Az-ın məlumatına görə, bunu Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, ovla bağlı lisenziya üçün müraciət edən şəxslərin böyük əksəriyyəti yerli ovçulardır. F.Əliyev qeyd edib ki, lisenziya alıb qanunsuz ov edən əcnəbilər və şirkətlər barədə sərt tədbirlər görülür:
“Qanunsuz ovlama faktı aşkar ediləndə həm həmin əcnəbilərə, həm də şirkətə müvafiq sənədlərin verilməsi qadağan olunur. Həmin şəxslər və şirkət qara siyahıya düşmüş olur. Cərimə olunan və ya adı “qara siyahı”ya düşən hər bir əcnəbinin xarici pasportlarındakı məlumatlar avtomatik sistemə düşür. Ona görə də şirkət dəyişməsindən asılı olmayaraq onların ov etməsi qadağan edilir”.
İlhamə Əbülfət