2013-cü ilin əvvəlində Azərbaycan əhalisinin sıxlığı 1 kvadrat kilometrə 107 nəfər idi.
Oxu.Az abc.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin əvvəlində Azərbaycan əhalisinin sıxlığı 1 kvadrat kilometrə 109 nəfərə çatıb.
Bu zaman əhalinin sayı 1,3% və ya 120,6 min nəfər artaraq, 9477,1 min nəfərə bərabər olub.