Oxu.Az xəbər verir ki, ANS telekanalında yayımlanan “Şoubiz” verilişi müğənni Nadir Qafarzadənin erməni mahnısı oxuması barədə mövzuya toxunub.
Müğənninin ifa etdiyi “Bala” adlı mahnının ermənilərə məxsus olduğu qeyd olunub.
Belə ki, “Bala” 8 ay əvvəl Vake Amaryan adlı ifaçı tərəfindən səsləndirilib. Mahnının musiqisi müğənninin özünə, sözləri isə Davit Okan adlı şəxsə məxsusdur.
Aparıcı sosial şəbəkələrdə müğənni Nadir Qafarzadənin erməni mahnısı ifa etdiyinə görə tənqid və təhqir edənləri qınayıb:
“Oxuyub, lap əcəb edib oxuyub. Onlar bizim bütün mədəniyyətimizi oğurlayıblar”.
Aytən Sadıqzadə
www.oxu.az