Yevlaxda əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Yevlax Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
13:15
Azərbaycanda əlil özünü yandıraraq, intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.
N.Kərimov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.