Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yanvarın 25-də keçirilən ilk iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi haqqında məlumat verən Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib.
Onun sözlərinə görə, qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
A.Abbasova qeyd edib ki, qanun layihəsində məlum kateqoriyadan olan şəxslərin növbədənkənar mənzillərlə təmin edilməsi də öz əksini tapıb.
Qeyd edək ki, abilitasiya reablitasiyadan sonrakı mərhələdir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az