Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda əmək bazarının rəqəmsal keçidində mühüm rol oynayacaq layihələr açıqlanıb - FOTO
“Yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan “Məşğul şəxslərin reyestri”, “Məşğulluq xəritəsi”, BACAR, “Peşələr atlası” kimi rəqəmsal layihələr Azərbaycanın əmək bazarının rəqəmsal ekosistemə keçidi və insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda yeddinci dəfə keçirilən Milli İnsan Resursları Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biri “Əmək və məşğulluq” altsistemidir: “Agentlik tərəfindən hazırlanan rəqəmsal layihələr insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq”.
M.Abbasbəyli ölkə iqtisadiyyatının inkişafında və dayanıqlı məşğulluğun təminatında işəgötürənlərin verdiyi töhfənin əhəmiyyətini qeyd edib.
“Hər bir qurum ən yaxşı işəgötürən brendini formalaşdırmaqda maraqlı olmalı və öz işçi heyətinin əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsinə diqqət etməlidir”, - o bildirib.
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər