Azərbaycanın internet bazarında “Google” axtarış sisteminin payı ötən il 1,06 faiz azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzinin yaydığı hesabatda məlumat verilib.
Məlumatda qeyd olunur ki, “populyar axtarış sistemi olan “Google”un Azərbaycan bazarındakı payı 87,54 faizdir və 2013-cü illə müqayisədə istifadəçilərin sayı 0,62 faiz azalıb”.
Ötən il ölkədə “Yandex” axtarış sistemi istifadəçilərinin sayında 31 faiz artım qeydə alınıb. “Yandex”-in Azərbaycanda payı 4,27 faizdir ki, bu da 2013-cü ilə nisbətən 34,27 faiz çoxdur. Siyahıda sonrakı yerləri bing (4,05 faiz), mail.ru (1,16 faiz) servisləri və digərləri tutur.