Azərbaycanda gənc ər və arvadı intihara cəhd ediblər.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər.
G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə dayanaraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır.
Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihara cəhd etməsi müəmmalı olaraq qalır.
Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
Hələlik cinayət işi açılmayıb.