Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı İlkin Hüseynov əsgər yoldaşı, 19 yaşlı Qadir İsmayılovu bıçaqlayıb. Yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, Q.İsmayılov Sumqayıt, İ.Hüseynov isə Göyçaydan həqiqi hərbi xidmətə çağırılıblar. www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin