İyunun 28-də Bakı Dövlət Universitetində “Məzun günü” keçirilib.
Oxu.Az xəbər verir ki, təntənəli tədbirdə dövlət məmurları, Milli Məclisin deputatları, jurnalistlər və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdən çəkilmiş və “YouTube” şəbəkəsində yerləşdirilmiş videoçarx isə sosial şəbəkə istifadəçiləri arasında böyük narazılığa səbəb olub.
Belə ki, Dövlət himninin oxunması zamanı tələbələr və onların yaxınları özlərini çox qeyri-adekvat aparıblar – demək olar ki, heç kim Azərbaycanın dövlət himnini oxumur, hətta çoxları oturduğu yerdən qalxmaq belə istəmir.
Əgər gənclərin qabaqcıl hissəsi himnə bu cür münasibət bəsləyirsə, bəs digərləri haqqında nə deyəsən... Belə təəssürat yaranır ki, Nadir Qafarzadənin ifasında “Maral, Maral” mahnısı Azərbaycanın himnindən daha çox maraq doğurur. Belə ki, himnimizə qarşı belə təhqiramiz münasibət göstərən tələbələr şou-biznes nümayəndəsinin bu mahnısını dinləyərək, ürəkdən rəqs edirlər.
Aşağıda bu tədbirdə çəkilmiş videoçarxı təqdim edirik.
Elvin Əhmədov
www.oxu.az