Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Oxu.az xəbər verir ki, iyul ayının sonunadək davam edəcək çağırış müddətində vətəndaşlar Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrə göndəriləcək.
Çağırışla əlaqədar iyunun 30-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında vətəndaşların həqiqi hərbi xidmət yerini öyrənə bilmələri üçün xüsusi bölmə yaradılıb.
Vətəndaşlar http://seferberlik.gov.az/online/elektron/military linkinə daxil olmaqla təyin olunduqları hərbi hissəni öyrənə bilərlər.
Elvin Əhmədov
www.oxu.az