Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin oktyabr ayının sonuna qədər 207731 nəfər müayinədən keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, oktyabr ayında müayinədən keçən şəxslərdən 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, bu müayinələr “Ailə Məcəlləsi”nə edilən dəyişikliklərdən sonra başlanıb. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuzdur.
E.Ə.
www.oxu.az