Dünyada ən məşhur sosial şəbəkə olan Facebook Azərbaycan ərazisində işləmir.
Oxu.Az xəbər verir ki, hazırda Facebook ilə bağlı problem dünyanın bir çox ölkələrində müşahidə olunur.
Yalnız Facebook-un çatı işləyir ki, onun köməyi ilə də istifadəçilər bir-birinə yaza bilərlər.
Hazırda sosial şəbəkənin funksiyaları tədricən bərpa olunur.
Məlum olduğu kimi, Facebook dünyada ən böyük sosial şəbəkədir və ötən rüb ərzində maliyyə göstəriciləri barədə hesabat verən şirkət hazırda şəbəkənin gündəlik 699 milyon aktiv üzvə malik olduğunu bildirib.