Noyabrın 1-2-də Gəncədə II Beynəlxalq Şərab Festivalı keçiriləcək. Bu haqda Gəncə şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov məlumat verib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, festival Gəncə şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, həmçinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən birgə təşkil edilir.
II Beynəlxalq Şərab Festivalının 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı Çərçivəsində noyabrın 1-2-də qədim şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış Gəncə şəhərində keçirilməsi əlamətdar tarixi hadisələrdəndir.
Qeyd edək ki, sözügedən festivalda gələcəkdə Gəncədə Fransız Çörəyi (boulangerie) layihəsinin reallaşmasına dair müzakirələrin aparılması da planlaşdırılır.