Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda ailə FACİƏSİ: Ana və iki övladı dəm qazından boğularaq öldü - Atanın vəziyyəti ağırdır
İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə nəticəsində ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İmişli rayonunda dəm qazından zəhərlənən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Qeyd olunur ki, 1989-cu il təvəllüdlü Vasif Azadov bu gün saat 21:30-da dəm qazından zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
İmişli rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.