Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu, 17 yaşlı Həsənli Gülarə Sərvan qızıdır. Bakının Suraxanı rayonu, yeni Günəşli massivi 66-cı binada yaşayan qız ötən gecə özünü pis hiss etdiyindən təcili yardım çağırılıb.
Ailə üzvlərinin sözlərinə görə, ilk olaraq gələn təcili tibbi yardım həkimi onun qarpızdan zəhərləndiyini müəyyən edib.
Vəziyyəti ağır olduğundan təcili tibbi yardımla aparıldığı ilk xəstəxanada yaşının az olduğu əsas gətirilərək qəbul edilməyib. Sonra yeniyetmə qanköçürmə xəstəxanasına aparılıb. Burada isə həkimlərin cəhdinə baxmayaraq, 17 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.