Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində güclü partlayış baş verib. Evdə olan bir nəfər həlak olub.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, evdə qumbara (daha çox “limonka” deyə tanınır – red.) partlayıb. Evdə olan gənc oğlan əlindəki qumbaranın alışdırıcısını açaraq partlayış törədib və bu yolla intihar edib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır.
www.lent.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin