Mən deməzdim ki, hazırda çempionluq uğrunda yalnız iki komanda – “Neftçi” və “Qarabağ” oynayır. “İnter”i də siyahıdan silmək olmaz. Hesab edirəm ki, çempion ya son turda, ya da ondan əvvəlkində müəyyənləşəcək.
Qol.Az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində deyib.
AFFA prezidenti azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını ifadə edib:
“Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik “Bakcell Arena” var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik”.
www.qol.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin